Qaleyi-zəmində mən idim xəstə,Üstümə mərdlərin ağası gəldi.Yanında mələklər dəstəbədəstə,Guşuma "yəmənhu" sədası gəldi.

Göründü gözümə bir mələkzada,Misli yox zəmində, ərşü səmada.Bənzər Züleyxaya, Şirin, Fərhada,Şərimə cananın havası gəldi.

İmanam, nagahan düşdüm bu işə,Könül həsrət çəkir bir də görüşə.Oxudum dərsimi, yetirdim başa,"Ha", "mim", "ayın", "sin", "qaf", "taha”sı gəldi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets