Tərlan könlüm qaynağında şir istər,Gətirə şikarın yaralanmamış.Maral pistanından ovçu şir istər,Xəstə yetirməmiş, yaralanmamış.

Elmim bəhrü, helmim dərya havadan,Dür danışar, sər açılsa havadan.Coşub sinəm, deyir qalxıb havadan,At xədəngin ovu ya aralanmamış.

Mərd iyidlər verərsə nan deyirlər,Qatli-mövlaya sən an, deyirlər.Yetim, Fərhad, Kərəm, Sənan deyirlər,Onlar da İman tək yar alammamış.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets