Sərəfraz gəzirsən büllur otaqda,Qıraqdan oduna yananı gözdə.Hədyan söz danışma ağır yığnaqda,Ya namuslu gözdə, ya nanı gözdə.

Cəsəd üstə təşbeh olub ziya da,Eşidənlər nifrin eylər ziyada.Məhəbbət əhlinin eşqi ziyada,Ataşı ürəkdə, yananı gözdə.

İman dildə cəm saxlayar asarı,Kəmənd əldə, at xədəngin, ha sarı.Çəkəndə nəqqaşı sirri-hasarı,Dedi: vaxta kimi yan, anı gözdə.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets