Nə zaman ki, dərd canımda çoxalır,Onda əvvəl, kirdigarı çağırram.Hərdənbir Rəsula verirəm salam,İsmi Əhməd, ümidvari çağırram.

Əzalarım yeksər ağrar dəmadəm,Tamami bəndləri çox gətirir qəm.Oxuram hər gündə dilimdə mən cəm,Nadir Əli şahsuvarı çağırram.

Gahi xəstə halam, gahi pərişan,Gahi şad oluram, gah vaxtı giriyan.Hərdən darıxanda Novrəstə İman,Dönüb, bir də Ələmdarı çağırram.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets