İsmi-vəsiyyinən vəliyyi-Xuda,Şiri-pərvərdigar Əlidir, Əli.Edən bədənləri sərindən cüda,Sahibi-Zülfüqar Əlidir, Əli.

Gəlibdi mövcuda külli-kainat,Vəhş ilə, teyr ilə, insan, heyvanat.Heç kimsədən yoxdu bir zərrə nicat,Axırda sahibkar Əlidir, Əli.

Gətirən Məhəmməd dinin aşkara,Tanıdan məxluqu pərvərdigara.Uçar ruh bədəndən, gedər məzara,O gündən xəbərdar Əlidir, Əli.

Siratəlmüstəqim, vəzn ilə mizan,Səqirən, kəbirən şefeyi-üsyan,Qismi-nari-cəhim, cənnəti-Rizvan,Onlara xiridar Əlidir, Əli.

Dünyadır - fanidir, üqbadır belə,Cəmi məxluqatı salıb müşgülə.İman, sübhü məsa sən gətir dilə,Dar gündə mədədkar Əlidir, Əli.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets