Ərşü samavatı dövr edib gəzən,Eyni-dildə o sultanım Əlidir.Baisi-kün-fəkan, nizamın düzən,Dolandıran bu cahanım Əlidir.

Mehri-nübüvvətdə qırdı bütləri,Dağıdıb qoşunu, pozdu səfləri.Tamaşaya gəldi ol mələkləri,Kərəm bəhri, səxakanım Əlidir.

Görmüşəm camalın o kərəmkanın,Nuri-təcəllanın, yədi-beyzanın.Demədi mətləbin Novrəs İmanın,Eşqə salan yazıq canım Əlidir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets