Qaranlıq gecədə səni gözləyib,Durmaqdan yoruldum, ey dan ulduzu!Uzaq üfüqlərə göz gəzdirməkdənAz qala kor oldum, ey dan ulduzu!

Öksüz taleyimtək gecikdin nədən?Karvanqıran doğdu, görünmədin sən,Oxşatdım, yanıldım, könül verdim mənBilmədən vuruldum, ey dan ulduzu!

Arxasınca qoşdum sonsuz bir yola,Hər addımda tuş gəlincə bir kola,Qaranlıqda çox baxındım sağ-sola,Hər yana buruldum, ey dan ulduzu!

Büsbütün yorulub gücdən düşərkən,Bir ulduz parladı uzaq üfüqdən.Bu görünən səndin, artıq gəldin sən,Axır səni buldum, ey dan ulduzu!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets