Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir
Ölmək! O geniş körpüdən hər kəs keçəcəkdir,Bir badə ki, ondan bütün aləm içəcəkdir!Hər süslü çiçək sonda saralmış quru yarpaq,Insan da nədir? Əvvəli torpaq, sonu torpaq!
Aləm doğacaq, dirçələcək, məhv olacaqdır,Dünya boş ikən əvvəli, həp boş qalacaqdır.Bir tək səni məhv etmədi bu qanlı təbiət,Həp yoxluğa, həp heçliyə məhkum bəşəriyyət.
Kitabxana.az · https://kitabxana.az/en/works/cabbarli-olmek-o-genis-korpuden-her-kes-kececekdir
Use ← → keys to move, R for a random poem
More by this author
(Olacaq-olmayacağa cavab)Uyaraq molla, seyid məkrinə, sapsam yoldan,
Olsun qoyHəyata gəldiyim gündən bəlayə çarpıldım,Alışdı qəmlərə könlüm, o, yarım olsun qoy!
Oqtay Eloğlu6 pərdəli faciə**İştirak edənlər
Birinci pərdəSəhnənin arxası. Solda Oqtayın bəzənəcəyi. Bir tərəfdə bəzəntilər və başqa səhnə şeyləri. Aktyorlar "Gavə" qiyafələrində oraya buraya gedirlər.N a d y a. Firəngiz, qoy pərdə qalxsın. Aslan bəy lojada otursun. Sonra gələrik, yoxsa bizi burada görərlər. Hələlik Oqtay da məşğul olar.
Poems by other poets
Mir Cəlalın tək özüydü Mir Cəlala bərabər,söhbətinin yarı həsrət, sevincinin yarı qəm.
ParovozGözləri zülmətin bağrını yarır,Burnundan-başından çıxır tüstüsü.
Ey gözüm nuri, qarari-düi-ürfan, getməNeyləyim, covr eləyir cərxi-cəfakar mənə,Göndərib hər nə qədər covr, sitəm var, mənə.
QəzəlVahəsrəta ki, tərki-vəfa qıldı yarlər,Əfğan ki, keçdi həsrət ilə ruzigarlər.