Mir Cəlalın tək özüydü Mir Cəlala bərabər,söhbətinin yarı həsrət, sevincinin yarı qəm.Siz Şeytandan, siz İblisdən törədiniz, hərislər!sizdən hansı “xatirələr” yaşayacaq, bilmirəm.

Yerdə yeri çox gördülər, vətənində vətəni,Mir Cəlal heyy... çağır indi səsi gəlmir yer altdan.Azərbaycan eşitmədi, Azərbaycan deyəni,Azərbaycan deyənləri öldürürlər o vaxtdan.

Niyə şahlar vəzirlərə inanırlar, ilahi?niyə Şərqə divan tutur Şərqin bu tərbiyəsi?!Cəllad, nəydi bir günahsız qəhrəmanın günahı? –Şah – Allahın kimsəsiymiş,Cəllad-Şahın kimsəsi!

Mən nə qədər ömür sürüm bilmirəm bu “gileylə”,İstiqlalım, Hürriyyətim hardadı bəs, nəhayət?!İmtahana çəkir yenə Zəmanənin əliylə,Zəmanəyə şöhrət olan şairini cəmiyyət.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Divine love