Gəl yanıma innən belə,soruş məni, axtar məni.Ürəyində apar mənigözlərində qaytar məni.

Mən nə məstəm, nə ayığam,məhəbbətə mən layığam.Sən dalğasan, mən qayığam,eşqin atar-tutar məni.

İçimdədir odum, közüm,köz olubdu sirrim, sözüm.Heç bilmirəm deyim, dözüm?intizardan qurtar məni.

Sən səhərdə bir səhərsən,çiçək kimi təzə-tərsən.Sonra bir gün gecikərsən,sonra torpaq udar məni.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets