Gülər üzlüm, çox ağlama!göz yaşı məlhəm olmayıb.İnsan göstər yer üzündə,üzündə bir qəm olmayıb?!

Mən səndə səni görmüşəm,saçında dəni görmüşəm.

Mən bu naləni görmüşəm,mənim bu naləm olmayıb.

Yaxşı seç qaranı ağdan,Can üzülər ağlamaqdan.Söz dilimə gəlib haqdan,əlimdə qələm olmayıb.

Gedən getdi, səsi yoxdu,təzəsi, köhnəsi yoxdu.Dünyanın heç kəsi yoxdu,heç kəsə məhrəm olmayıb.

Gözlərin bolluca qəmdi,bu səbəbdən hava nəmdi.Məndən ötrü cəhənnəmdi,başqa cəhənnəm olmayıb.

29.07.2000

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets