Yox
Bəy deyiləm, xan deyiləm yaxşı bax,Zəri-ziban, qızılım yox, malım yox.Xiridaram inci-dürdü sözlərim,Şalağım yox, çiyim yoxdu, xalım yox.
Yalan deməm ötən günüm ağ olub,Dağ yaranıb, dərd üstə dərd yığılıb,Şura gəlib mal-dövlətim dağılıb,Şəkərim yox, şərbətim yox, balım yox.
Qərq olmuşuq, qəm içində üzürük,Marı yeyib ölə-olə dözürük,Cır-cındıra bürünmüşük, gəzirik,İpəyim yox, tirməm yoxdu, şalım yox.
Nəsib deyər, haqdan enib bu bəla,Ağır elim necə gəlib zavala.Müsəlmanı siz saldınız bu hala,Qurtarmağa cığır-cada, yolum yox.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-nesib-yox
Use ← → keys to move, R for a random poem