Yazı bu yerlərin ayrı büsatdı,Ağbaba elinin yörəsi gözəl.Ağ sürü yayılıb yamaca,yala,Qoyunun ksrssi, kürosi gözəl.

Quş qanad saxlayar neyə,tütəyə,Arılar daşıyar şirə pətəyə,Xalı sərilibdi çölə,təpəyə,Bulaq ayağının tərəsi gözəl.

Bu yan Ağbabadır, o yan Çıldır-Qars,Nəsib, sözlərimə yaxşı qulaq as,Gözlərim ağlardı, ürəyimdə yas,Sərhədin dağları, dərəsi gözəl.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets