Keşişin
Bizlərə kələkdir, fitnə fəsaddır,Oturub-duruşu, işi keşişin.Tamahı böyükdür, sığmaz dünyaya,Qılıncdan itidir dişi keşişin.
Oturub-durduqca elə qan deyir,“Düşməndi bizlərə müsəlman”-deyir.Türkə “murdar” deyir, haya “can” deyir,Gözünün düşməni kişi, keşişin.
Çağırar “asvası” darda haraya,Başqa həvəsi var pula-paraya.Ədalət toxumu səpər araya,Sanki yaza dönər qışı keşişin.
Düşsün beləsinin kotan kökünə,Əsli qıt, kökü qıt itdi, kökü nə,Adam heç baxmaya arıq-kökünə,Soxa düz gözünə şişi keşişin.
Tanrı, beləsini yox elə getsin,Çirkabdı, sularda yaxala getsin,Nəsib də sevinsdin, vüsala yetsinQalsın quru yerdə leşi keşişin.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-nesib-kesisin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
افتاده به دام و کس نداند حالم
İsmayılın mahnısı“Ögey ana” filmindən*Quşlar, quşlar
İranlı dedi – bildimİranlıların mən hamın həmmal sanıram,Tacirlərə bir kan imiş Iran, nə bilim mən.
Qəzəl: Xəddin qoymadı çöhreyi-güldə lətafətiXəddin qoymadı çöhreyi-güldə lətafəti,Qəddin qopardı başına sərvin qiyaməti