Ay könül
Mən sevdim, bir özgə yan apardı,Neyləsin bu yerdə fağır, ay könül?Toxdaya bilmirəm, gözdən yaş gedir,Dərdim artıb olub ağır, ay könül.
Həyat çox şirindi, olarmı doymaq,Mənə ayran düşdü, düşmənə qaymaq.Dolansam neçə el, oba, həm oylaq,Qəm yenə başıma yağır, ay könül.
Üstümdə duranım bir Yaradandı,Onadı imanım, onadı andım.Nəsibəm, oduma alışdım, yandım,Dardayam, Allahı çağır, ay könül.
Kitabxana.az · https://kitabxana.az/en/works/asiq-nesib-ay-konul
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Mürəbbe: Sevdim bir cavan on dörd yaşında
Sevdim bir cavan on dörd yaşındaO tərfə çağına qurban olduğum
Deyişmə: Bizdən salam olsun aşıq Nadirə— Məhəmməd:Bizdən salam olsun aşıq Nadirə,
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.
Çığalı müxəmməs: Oldum gənə bir qaşı-kaman yarə giriftarOldum gənə bir qaşı-kaman yarə giriftar,Pürqövi-şikəm nafeyi-Tatarə giriftar,