Mehribanlıq görməyib bir mehliqadən küsmüşəm,Gündə yüz al eyləyən qəlbi qəradən küsmüşəm.

Şəninə dedim şirin söz, bir şey ondan dadmadım,Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm.

Bir qədəh mey istədim, sındırdı könlüm şişəsin,Daş bağırlı saqiyi-sahib-cəfədan küsmüşəm.

Çün “uman yerdən küsərlər” bir məsəldir xalq ara,Küsdüyüm bica deyildir, aşinadən küsmüşəm.

Maqta — the closing couplet bearing the poet’s pen name. Gördüm əvvəl ki, binasın yarlıq etmek deyil,Vaqifa! Əsli budur, mən bu binadan küsmüşəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern