Hayıf ki, yoxdur!
Kür qırağının əcəb səyrəngahı var,Yaşılbaş sonası, hayıf ki, yoxdur!Ucu tər cığalı siyah tellərinHərdən tamaşası, hayıf ki, yoxdur!
Qış günü qışlağı Qıraqbasanın,Gözüdür Aranın, cümlə-cahanın,Belə gözəl yerin, gözəl məkanınBir gözəl obası, hayıf ki, yoxdur!
Elə gözəllər var bunun içində,Ələ düşməz hərgiz Çinü-Maçində.Söyləgən, oynağan, dürüst biçimdəBəzəyi, libası, hayıf ki, yoxdur.
Ucu əşrəfili, bulut kimi saç,Dal gərdəndə hər hörüyü bir qulac,Kəlağayı əlvan, qəsabə qıyğac,Altından cunası, hayıf ki, yoxdur!
Zər haşiyə al nimtənə üstündə,Xallar üz yanında, çənə üstündə,Buxağın altında, sinə üstündə,Zülfün burulması, hayıf ki, yoxdur!
Ayna tutub hərdəm camal görməsi,Zülfə, zənəxdana sığal verməsi,Səhər ala gözün siyah sürməsi,Əlinin hənası, hayıf ki, yoxdur!
Vaqif haqdan dilər lütfü kərəmlər,Belə yerdə qalan, vallah, vərəmlər.Yenə yada düşdü bizim sənəmlər.Getməyin binası, hayıf ki, yoxdur!
Kitabxana.az · https://kitabxana.az/en/works/vaqif-hayif-ki-yoxdur
Use ← → keys to move, R for a random poem
More by this author
Ey günəş cəmallım, sən nə gözəlsən,İstərsən ki, tənə aya qılasan.
Ayağa məniDilbər, həsrətindən xəstə düşmüşəm,Hicran qoymaz duram ayağa məni.
Bu daqalGözdə cadugərlik, xalda fitnəlik,Canım üzdü, zülfi-ənbər bu daqal,
Canan dağınaSəhər-səhər əsən qiblə yelləri,Heç yolun düşdümü canan dağına?
Poems by other poets
Ey sülatin, nə xəşmlü baxırsanSən deyən günahkar yamən deyiləm
Məktubun intizarındaMəhəbbət bağının sərvi-rəvanı,Məlahət bağının tazə fidanı,
Beməxə (Fərsiz){| class="wikitable" style="font-size:1.0em; text-align: left;" width="80%"|-bgcolor="#D8BFD8"
Pet qəpikFəqir kasıb oldu əyaldan xəcil,Hər nəmnə dindirirsən pet qəpik