Ayrı
Səhər bülbülləri nə fəğan eylər,Düşərsə güzarı çəməndən ayrı.Səhər-səhər qönçəsindən ayrılan,Şəqayiqlər1 gülməz səməndən ayrı.
Yanında dayanan yoldaşların var,Sirrini saxlayan sirdaşların var,Sənin elin, günün, qardaşlarm var,Mənim kimsəm yoxdu, yar, səndən ayrı.
Dedim, pəri, nə elərsən mehpara,Mənim həsrət gözüm heç uymaz xara,Bir qətrə yaş tökdün, bir də dübara,Əqiqdən, yaqutdan, yəməndən ayrı.
Qurbani der: məgər axır zamandı?Sevgi sevgisindən ayrı yamandı,Bağrım dəlik-dəlik, sinəm peykandı,Mənim üzüm gülməz vətəndən ayrı.
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-ayri
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Love
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Dilbəra, dərdi-dilimdən belə ünvan etdimDilbəra, dərdi-dilimdən belə ünvan etdimKi, qəmi-hicrdə dil mülkünü viran etdim.
Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədirSufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir,Çünki tövhid əhlisən, din ilə iman səndədir.
Rubaiyat, 5باد آمد و گل بر سر مِیخواران ریختیار آمد و می در قدح یاران ریخت