Şirin yuxusuna qurban olduğum,Gözlərin aç, mehribanım, ay oğlan!Bu həsrət gözlərim baxsın gözünə,Təzələnsin din-imanım, ay oğlan!

Kənardan baxmaqla doya bilmirəm,Üzüm üzün üstə qoya bilmirəm,Xuban yanımdadı, deyə bilmirəm,Aç gözünü, çıxdı canım, ay oğlan!

Artırma könlümün dərdü-sərini,Yaxşı var, yaman var, bunda görünü.Başına dolandır məzlum Pərini,Aç gözünü, yox tavanım, ay oğlan!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets