Alma
Üç ay yay dolanıb payız olanda,Məst olub sığışmır budağa alma.Lalədən, qönçədən artıq deyilsən,Versənə nəfsinə qadağa, alma!
Səni yaradıbdı Cəlilü Cabbar,Hüsnün kitabının adı kirdigar,Özü xırdacana, dənəsi gülnar,Narnan düzüləydin otağa, alma!
Sən ha Qurbaninin canın üzərsən,Qaş oynadıb, gözlərini süzərsən,Adətindi, əldən-ələ gəzərsən,Yoxdu sana qoruq-qadağa, alma!
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-alma
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Əzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Qəzəl: Gülzari-məlahətdə gözüm bir gülə düşdüGülzari-məlahətdə gözüm bir gülə düşdü,Ruxsari ara xali-siyəh sünbülə düşdü
Rahətim yoxdur mənim, ol rahəti-can barğalıRahətim yoxdur mənim, ol rahəti-can barğalı,Qalubəm bican mən, dilxəstə canan barğalı.
Tiflisin TərifiMəcmu hər vilayətdən ağırdı dağı TiflisinBahar çağı cənnətə oxşuyur bağı Tiflisin