Nə sinə bağlar
Peykər xanım xəlvət etdi otağı,Nə üzün daldalar, nə sinə bağlarƏmim o dilləri, qaymaq dodağı,Nə üzün daldalar, nə sinə bağlar.
Zər nimtənə geyib – qolları nazik,Ağ qola yaraşır burma bilərzik.Aldılar yarımı, mən oldum yazıq,Nə üzün daldalar, nə sinə bağlar.
Doymaq olmur Qurbaninin sözündən,Əcəb işvəsindən, əcəb nazından,Bir gözəl törəyib ərəb qızından,Nə üzün daldalar, nə sinə bağlar.
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-ne-sine-baglar
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Müstəzad: İki salma boylu yarı sevmişəm
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
Qara heyQul Qaranı:*Əlif-bey içində, hərf arasında,
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Ey səba, bu ərzimi ərz etgilən cananımaEy səba, bu ərzimi ərz etgilən cananıma,Bəlkə dərman eyləyə bu dərdi-bidərmanıma.