Pərim gəlsin
Nə əcəb sevdaya düşdüm,Deyin bundan Pərim gəlsin!Əcəl şərbətini içdim,Deyin bundan Pərim gəlsin!
Dağların başı dumandı,Didəmin yaşı ümmandı,Bu gələn Şahi-xubandı,Deyin bundan Pərim gəlsin!
Yolunda qoymuşam canı,Kirpikləri tökər qanı,Bu gələndi Şəhrəbanı,Deyin bundan Pərim gəlsin!
Əyninə geyib qırmızı,Yalav1 kimi yanır üzü,Bu gələn vəzirin qızı,Deyin bundan Pərim gəlsin!
Mən ağlaram zarı-zarı,Bu zülmü götürməz tarı,Bu gələn Qurbani yarı,Əcəb gəlsin, Pərim gəlsin!
Kitabxana.az · https://kitabxana.az/en/works/qurbani-perim-gelsin
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Bir yerə çox gedib gəlmə, aşıqlığı şor eyləmə,Hörmət ayrı, töhmət ayrı, öz işini zor eyləmə.
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
QəhvəGörək nə nüsxədi yaran, yüzü qara qəhvə,Nə çox qara yüzü ağ eyləyib qara qəhvə,
Elm tərifində deyilibdirMÜXƏMMƏS**Aç qulağını bir eşit bu sözlərin ey bül füzul,