Hay-küy
İlahi, nə yaman o göylə gedir,göydən qopanları görməyibdimi?Hay-küylə danışır, hay-küylə gedir,səsi batanları görməyibdimi?
Sirkədən tünd imiş onun hikkəsi,elə bil, yuxarı-aşağı yoxdu.Baxır, seçə bilmir yazıq heç kəsi,gözü var, gözünün işığı yoxdu.
Əqrəb olmasa da, əqrəbfasondu,çalmasa qorxulu, çalsa öldürən.Onu ayaqlamaq bəlkə asandı,bir ayaq istəyir, şikəstdi vətən.
Kitabxana.az · https://kitabxana.az/en/works/neriman-hesenzade-hay-kuy
Use ← → keys to move, R for a random poem