Müdriklik
Ona dərd söyləsən danışma uzun,Yazılı kitabdır onunçün üzün.Oxuyar fikrini o bir baxışda,Bilər bahardasan, ya da ki, qışda.
Duyar qəhərlənmiş tutqun səsindən,Gözündə kirpiyin titrəməsindən.Qayğısız ötənlər olmuş yanından,Tək çıxa bilmirsən dərd ümmanından.
Təbiət insanı yaratmayıb tək,İnsanı insana göndərib kömək.Sən varkən, onunçün söz nəyə gərək!O sözsüz oxuyur canlı kitabı.İnsan iztirabı, insan əzabıOnda əks etməsə göz nəyə gərək?Çapmır o hər yana söz səməndini,Bir sözlə, yüz sözün açır bəndini...
Ömürdən bizlərə verilən illər,Mənasız keçməsin qoy heç bir anın.Böyüdək vətənə müdrik nəsillər,Müdriklər elidir Azərbaycanım!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-mudriklik
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets
Məşədi Sijimquluya cavab**Sijimqulu, eyləmisən məsləhət,
Nənəmin paltarlarıNənəm don geyərdi topuğunadək,Üstündən arxalıq dizdən yuxarı.
NuxaTərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
ŞəltükQutarmışdıq hər əngəldən, gənə bir əngəlim çıxdı,Cənabın bəxş edən şəltük içindən çox bəlim çıxdı.