Mən ağlasam düşmən gülər,Qoymayın ağlayım məni!Ulduzlar yerə tökülər,Qoymayın ağlayım məni!

Mən ağlasam daş ağlayar,Göydə uçan quş ağlayar,Yurdu dağılmış ağlayar,Qoymayın ağlayım məni!

Mən ağlasam ağlar elim,El ağlasa sınar belim,Ərşə dayandı bu zülümQoymayın ağlayım məni!

Arxam yağı, önüm yağı,Bölünməz mərdlər torpağı!Ay ellər, döyüşqabağıQoymayın ağlayım məni!

Biz nə qorxaq, nə naçarıq,Bağlı qapılar açarıq,Düşmən üstə od saçarıq.Qoymayın ağlayım məni!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wisdom and advice