Altı yüz il
Nəsimini yüz illərin zülmətindən çıxarıb,ədəbi irsini yaşadan varis hörmətli vətənoğlu Heydər Əliyevə ithaf
Altı yüz il tarix üçünNə çox deyil, nə az deyil.Ancaq məhbus sənətkarçünYüzillərin ümmanlarıDayaz deyil...Yüzillərin ümmanınıKeçib gələn böyük sənətƏsrlərin keşməkeşliYollarında çəkdi möhnət...Nəsil gərək, Varis gərəkOğul gərək burda əlbət:Hökümlərin, ehkamlarınQarşısında dura bilsin!Prometey zənciriniO, qollardan qıra bilsin!Ey Nəsimi!Ey Ənəlhaq!Varisini yetişdirdiSənə vətən olan torpaq.Topladılar yüzillərin
Yollarına səpələnmişŞerlərin hər sətrini,Misraların gül ətrini,Tonqalların atəşindəGül olmayan ilhamını.Yaşatdılar Ənəlhaqqınİnsanlara “allah” deyən kəlamını.Əsrlərin yolu uzaq,Ümmanların suyu dərin...Yüzillərə körpü saldıSənin igid nəsillərin.Bağban olaq el bağındaAçılan güllər solmasın.Vətən oğulsuz olmasın!
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-alti-yuz-il
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Qalmışam pərvanə tək,Odlanə-odlanə mən.
Khosrow and Shirin, chapter 61سراینده چنین افکند بنیادکه چون در عشق شیرین مرد فرهاد
DənizGünəş qızıl balıq təkDənizdə batdı getdi.
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, HüseynBu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.