Od ələnər
Göyərməz qovrulmuş buğda,Bar verməz bağbansız bağ da.Səhrada tək qalmış dağ daEnə-enə təpələnər.
Ovulsa qayanın döşü,Alçalar onun da başı,Dönüb olar çınqıl daşıDərələrə səpələnər.
Tufanlar döysə sinəni,Dağım! Təpə görsəm səni,Xəzan vursa bu gülşəniGöz yaşlarım ləpələnər,Yer üzünə səpələnər.
Hər damladan bir qanlı gülAçar orda fəsil-fəsil.Qəzəbimdən od ələnər,Qəsbkarın torpağınaSəpələnər, səpələnər...
Kitabxana.az · https://kitabxana.az/en/works/mirvarid-dilbazi-od-elener
Use ← → keys to move, R for a random poem
More by this author
Üzündə xalqının böyük kədəri,Xəyalında vətən xatirələri
Firudin bəy KöçərliyəBaşına tuşlanan düşmən xəncəriXalqının qəlbinə tuşlandı sənin.
Heydərbaba, Şəhriyarın necə oldu?Heydərbaba, Şəhriyarın necə oldu?Niyə dövran xalqımızla gec oldu?
Ölmə, Mədinə, amandı!Şairə Mədinə Gülgünün əziz xatirəsinə*Ağaclar bağlayıb puçur,