Bağ içrə gəlib yarımı əğyar ilə gördüm,Qan oldu könül kim, o gülü xar ilə gördüm.

Eşq içrə mənə rövnəqi-bazar pozuldu,Ol Yusifi bir qeyr xəridar ilə gördüm.

Viranə könül bir dəxi abad ola bilməz,Kim, gənci-nihanımı bu gün mar ilə gördüm.

Peykanlarına eylədi könlümü nişanə,Əltafını, əlhəq, bu dili-zar ilə gördüm.

Ol mahə qərin olmuş idi guşənişinlər,Sabitləri ol kövkəbi-səyyar ilə gördüm.

Ey kaş olaydı bu təmaşadə gözüm kur,Biganələri gülşən ara yar ilə gördüm.

Maqta — the closing couplet bearing the poet’s pen name. Qönçə kimi könlüm dönəcək qanə ki, Seyyid,Ol novgülü bir özgə xəridar ilə gördüm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love