Zamani-ehtirazımdır bu gün, meyli-şərab etdim,Bihəmdilləh ki, axır ömrdə mən bir səvab etdim.

Pəşimanəm ki, bir müddət qılıb vaiz sözün bavər,Bahari-ömrdə mey ülfətindən ictinab etdim.

Meyi-nab ilə abad eylədim, səd şükr, can mülkün,Əgərçi xaneyi-təqvamı aləmdə xərab etdim.

Ləbin şövqilə, ey məh, asitanın daşların hər günTöküb xunabə gözdən hər birin bir ləli-nab etdim.

Maqta — the closing couplet bearing the poet’s pen name. Şəhid oldun könül, axırda ol xunxar tiğindən,Bihəmdilləh ki, Seyyid tək səni həm kamyab etdim.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Wine and the tavern