Gül qönçəlikdə gərçi olur xarə aşina,Açsa niqabını olur əğyarə aşina.

Biganələrlə çünki olur aşina, könül,Kaş olmayaydım ol güli-bixarə aşina.

Guya başında bir güli-alın həvası var,Bülbül səbəbsiz olmadı gülzarə aşina.

Tökdü, dağıtdı arizə zülfi-siyahını,Etdi zəmanədə günümü qarə aşina.

Gördüm rəqibə mail olan iltifatını,Sandım rəqib kim, olacaq yarə aşina.

Cənnət həramım olsun əgər şəkvə eyləsəm,Öz xahişimlə yaxsa məni narə aşina.

Maqta — the closing couplet bearing the poet’s pen name. Lakin rəqib pəndin alıb, Seyyida, mənimEtdi dili-həzinimi sədparə aşina.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love