Əgərçi sənsiz olur əhli-eşqə badə həram,Ləbin xəyalı ilə vacib oldu şürbi-müdam.

Həmişə dildə ləbin şövqidir, gözün fikriKi, rindi-meykəşə lazımdı şəkkərü badam.

Səfayi-kuyüvə ehram bağlayan aşiq,Yeri var etməsə, ey şux, Kəbə içrə məqam.

Hədisi-rövzə bəyan eyləyirsən, ey vaiz,Cəmali-yarıma bir bax, sözün miyani-kəlam.

Özünü bir gecə oxşatdı arizi-yarə,Bu vəchdəndi ki, nöqsanə düşdü mahi-təmam.

Görüb üzarını zülfi-siyəh civarında,Dedim səvadi-İrəmdir, bu ol həvaliyi-Şam.

Maqta — the closing couplet bearing the poet’s pen name. Yetişdi cənnəti-kuyinə axır ol hurün,Qutardı Seyyid özün, vəssəlam, vəl-ikram!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love