Ana güldür, bir gün solur,Ana dili şirin olur.Bizim türki şirin dildir,Xoş sədalı, zəngin dildir.Dil – günəşdir, işıq saçar,Səadətə qapı açar.Yadın dili boyunduruq!Bir keçiddir, buruq-buruq.Qoy yadlaşsın senatorlar,Xalqı soyan tacir, tüccar,Yaltaq şair yolun azsın,Mədhiyyələr şaha yazsın.Gəl atəşə, qızım, yanma,Tərəhhata çox inanma!Zənci danmaz öz dilini,Hindi sevər öz elini.Kimsə yolun çaşıb azmaz,Türkü deyib, farsi yazmaz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Praise