Həyatın yükü ağırdır, ağır
Qaranlıq çökübdür, qar, yağış yağırHəyatın yükü ah, ağırdır, ağır.Uzaqda lampalar, qanla dolu gözQalmamış kənddə at, nə öküz.Arabaya bağla, özünü igidÇırpınan ürəyin səsini eşit.Qara palçıq dizdən, yol üz yuxarıHəyatın yükün çək işığa sarı.
Ucsuz və bucaqsızDəmirçi kürəsi tək yanan bir çöl.Çək həyatın yükün, ölürsən də öl!Şirin su ardınca düşsən ayaqdanDemərəm ki, gümüş səraba aldan.
Burası boz şəhər, xanın baş kəndiTunc qapısı qəsrin bağlıdır indi.Önündə keşikçi gəzir xəyal tək.Tökür yarpaqları yel ətək-ətək.Gecə sükutunda sular şırıldırBurası rəmzli, əski diyardır.Sanma ki, fələkdən köçmüş qızıl günÜfüqdə qızaran tüluu düşün.
Mərmərdən bir saray, zümrüddən bağAy işığı kimi parlayan çıraq.Ətirli otaqda pərdələr ardıMinyətürə bənzər bir gözəl vardı.Billur bardağda al şərab parlarBuranın mövsümü bahardır, bahar.Sarayı qurmuşdur sanki kainatSarayda güllənər başqa bir həyat.Cənnəti axtaran buradan keçsin,Həyat bulağından sərin su içsin.
Qaranlıq çökübdür, qar, yağış yağırEllərin dərdi ah, ağırdır, ağır.Dilənir şəhərdə xəyal tək gəzən,Yurdunu buraxıb Tehrana gələn.Daşlardan, palçıqdan yuva tikiblərArı tək uşaqlar pöhrə verirlər.Yenə də arvadlar ikicanlıdırKeçərsə bu yoldan həzrəti xəzriGörər ki, quruyub həyat çeşməsiPərdələrdən qalxır ölümün səsi.
Həyatın yükü ah, ağırdır, ağırQaranlıqda yatan elləri çağır.Buludlarda qızıl ildırım çaxır,Dağlardan dərəyə sel-sular axırSellər qudurmuşsa dağ kimi durunKörpü yıxılmışsa, körpülər qurun!
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-heyatin-yuku-agirdir-agir
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Əzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Ey dil, rəva deyil ki mən əğyarə yalvarımEy dil, rəva deyil ki mən əğyarə yalvarım,Sən rəhnümalıq eylə, gedim yarə yalvarım.
Yağış yağar, yer doymaz...Sən narın yağış kimiElə hopmusan qəlbimə
Bir bülbül oxuyurQədim Qobustanın daş səltənəti,Sanki daşa dönüb dalğalı ümman.