Maksim Qorkiyə
O məftun olduğun əngin dənizə,Sular içrə doğan qızıl günəşə,Gecə yarısında sədəf yol açan,O ay işığına, gümüş atəşəMən də sənin kimi, heyranam, heyran.
Yağışlı səhərdə ağ martıların,Boz sular üzərə o tiranlarınMəni də qəmlədər, mən də görmüşəm.Sular qabaranda “ağ” atanları,Mən də balıqçının ağın hörmüşəm.
Gecə yarısında ağır qayıqda,Dalğalara çarpan kürək çəkənlər.Yelin nəfəsilə sönən fanuslarSuda boğulanlar, qırıq yelkənlərDərin düşüncəyə məni də salar.
Yaxıcı günəşdə qan-tər içində,Quldur xanlar üçün biçin biçənlər.Quru çörək yeyib şükür edənlər,Sınıq küzələrdə şor su içənlər,Ürəyimi odlar, məni də qəmlədər.
Baharda güllənən çayır, çəmənlərSəhər nəsimilə əsən yarpaqlar.Quş səsilə dolu qızıl zəmilər,Kəklikotu qoxan sərin yaylaqlarMənə səhərin aydın yolun göstərər.
“Məditranə”nin mavi örpəyiParlaq gündüzləri, aydın gecəsi,Və ay işığında göyə yüksələnRum qızlarının o füsunkar səsiŞerimdə izləri açılar həmən.
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-maksim-qorkiye
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Nature and spring
Əlibəy Hüseynzadə hazrathrinin Qafqasiyada mühacirəti münasibatilə təhəssürat*Səndə, ey Qafqaz, ey gözəl gülzar,
Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır (Ayrılır qəzəli)Ey müsəlmanlar, bu gün ol yari-pünhan ayrılır,Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır.
QarabağSinəmə çəkilən qara dağımdırQara bağrım qanlı Qarabağımdır
QəhvəQoymadı aynayi-dildə qübarı qəhvə,Nə əcəb olsa əgər məsti-xumarı qəhvə,