Yurd mahnısı
Dilərəm bir payız günü,Səhər doğsun qızıl günün,Al bayrağın qanad açsın,El-obalar tutsun dügün.
Dilərəm, ey gözəl yurdum,Muradına xalqın yetsin,Toz qonubdur saçlarına,Silkin, silkin tozun getsin.
Çayların var dərya-dərya...Nədən susuz qalsın ellər?Sən nəsimin qaynağıykənNədən əssin qara yellər?
Artıq sənə yaraşmaz ki,Palçıq evlər, torpaq cadda,Nədəndir ki, bir saxsıyaCəvahirin satdın yada?
Əsarətdə yaşadığınKeçmişlərin qəflətidir,Yetər zindan, yetər zəncir,Zindanı yıx, zənciri qır!
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-yurd-mahnisi
Use ← → keys to move, R for a random poem