Zülmətin tozunu sehr əlilə,Ürək aynasından rəf edə bilsəm!Vəhşi göyərçin tək qanadlanaraq,Uzaq üfüqlərə ah, gedə bilsəm!

Siyah dalğaların həlqələrində,Qabaran bir köpük, çırpınan olsam,Qürub pərdəsində solğun ulduz tək,Göz yumar-açan vaxt, saralıb solsam...

Titrəşən kölgə tək, bircə görünsəm,Mavi pəncərənin büllur camında,Bir parıltı olsam, yarın gözündə,Sönük bir nur olsam onun şamında!

Bir təbəssüm olsam dodaqlarındaSolğun yanaqların qızıl gül etsəm!Bir damla yaş kimi, axıb gözündən:Atlas ətəyində əriyib getsəm...

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets