Atlıların
Atlıların keçdiyi yerTapdalandı, toza batdı.Bir gecədə dəli şeytanYurdumuza matəm qatdı.
Gün parladı, payız günü,Rəngi qızıl qana döndü.Yer titrəyib, ev yıxıldı,Ocaqdakı atəş söndü.
Evsiz, yurdsuz qalan ellərQürbət eldə süründülər.Şən ürəkli qız gəlinlər,Matəmlərə büründülər.
Bir çox igid, düşmən qıran,“Bu dünyaya gəlib keçdi”,Bu dünyada qalanlar da:“Karvan kimi qonub köçdü”.
Məgər bunca qara günlərAlınlara yazı oldu?Dünya gülüb güllənərkən,Bizim bağın gülü soldu.
Nədən dilin danıb şairYaltaqlanıb səna etdi?Xəncər verib cəlladlara,Qan içənə dua etdi?
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-atlilarin
Use ← → keys to move, R for a random poem
More by this author
Aşın, daşın, deyə, Nilin suları,Çiçəklənsin Misrin tozlu baharı.
Anəmlə bərabərBu şeir İstanbul türkcəsilə yazılmışdır*Anəm bana söylərdi, qaranlıq gecələrdə,
Ey qəmərSən hər gecə, o qəmli meşələrin ardından,Həkimanə baxışla, dünyalara baxırsan...
Kölgələnən qızıl dağlarKölgələnən qızıl dağlar görünür,Yaşıl ipək pərdələrin ardından.
Poems by other poets · Homeland
Millətin halı bu gün xeyli yamandır, getmə!
AğlasinYaşılbaş sonalar ötər göllərdə,Qırıldı qanadım qaldım çöllərdə,
Nəcəfbəy Vəzirov həzrətlərinəSən ey bu yomi-ali qəhrəmanı, ey işıq ulduz!Təşəkkür etməyə səndən mənim qəlbim, dilim aciz.
Ankarada Məmməd Əmin Rəsulzadənin məzarıDaş üstə yazı: “İnsanlara hürriyyət, millətlərə*istiqlal!”. Son nəfəsində o üç dəfə “Azərbaycan!”*