Bizim məhlə
Gün boyarkən dağı, qapı açılar,Palçıq divar ardı görünər bahar.Gecəylən açılmış məxməri güllər,Yarpaqlar içindən üzümə gülər.
Burası Qızıl su, bizim yurdumuz,Təbrizin gözündə işıqlı ulduz.Səhəri aydın və şəfəqi rəngin,Yaşıl bağçaları bir cənnət təkin.
Pəncərə açılar, tərpənir pərdə,Allı-pullu gəlin eyləyir xəndə.Çıraq kimi yanır hər səhər çağıSulayıb süpürür, damı, otağı.
Bürünc səmavara od salır, sonraBəsti götürüb və gedir bayıra.Məscid anbarından sərin su daşır,Gün düşür üzünə, gözü qamaşır.
Kilimi döşöyir, açır süfrəni,İncə bir səs ilə çağırır məni.
Gün yayılanda və bostanda gah-gah,Onu gözətləyir qurulu dəzgah.O cecim toxuyur, qırağı çin-çin,Bir tikə çörəklə yaşamaq üçün.
Gəlin gecə-gündüz çalışır, amma,Əyini bəzənmir, zəngin olmur da.
Gün boyamır artıq dağı, dərəni,Gəlin çağırmayır bir daha məniBurası Qızıl su xaraba diyar,Xaraba diyarda könülmü açar?
Məxməri güllər ah, payızla solub,Sazlı-sözlü evə matəmlər dolub.
Kitabxana.az · https://kitabxana.az/en/works/hebib-sahir-bizim-mehle
Use ← → keys to move, R for a random poem
More by this author
Kölgələnən qızıl dağlar görünür,Yaşıl ipək pərdələrin ardından.
Anam üçünYelkən öpüşü tək quru yaprağın,Sükutu titrətdi, durğun suları.
Ayın kölgəsiGümüş kölgə salıb qarlar üzkərə,Asimanda büllurlanan donuq ay,
Gecələrin nəğməsiTitrədir gecənin mərmuz əlləriAtlas pərdələrin saçaqlarını.
Poems by other poets · Nature and spring
Tərif edim Nuxa yerin yerləri gülşən kimidir,Söyləyib danışmağı hər biri bir can kimidir,
Məhəbbət yaşa baxmırMus: Oqtay Kazıminindir*Deyirsən ki, sevirəm,
Müxəmməs: Al yaşıl abı sarı bənövşə qara qırmızıAl yaşıl abı sarı bənövşə qara qırmızıAlasan geydirəsən həmişə yara qırmızı
Dördüncü camın keyfiyyətiGəl, Saqi, dər ol laləni ver nəşə bağından,Bir lalə ki, könlüm köz olub şövqü dağından.