Yelkən öpüşü tək quru yaprağın,Sükutu titrətdi, durğun suları.Çəmənlərdə ötən quşların səsi,Oyatdı könlümdəki duyğuları.

Bir xəyal süzüldü, ağaclıqlardan,Sular üstə düşüb, kölgə tək soldu.Keçən baharların rəngləri artıqÜrəyimdə acı xatirə oldu...

Keçmiş günlər pərdələndi, həyatımBir əfsanə kimi, mənə göründü.Məni sevən anamın, xəyalı, ah!Bir şəbeh kimi, yol üstə süründü...

Sürün ey xəyal! Sən ey kölgə, sürün!Tozlu yollarda, ay işığı tək!Qal torpaq altında, ana, torpaq ol!Torpağında yetişsin qan rəngli çiçək.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring