Dur, saqi, ayağa, ver dolu cam,Bu səy ilə hasil olmadı kam.

Candan məni dərdi-hicr saldı,Dil vəsldən oldu çünki nakam.

Ol kuyi-nigaridən keçəndə,Ey bad, yetir o yarə peyğam.

Hicrində de yarə, qalmamış tab,Fikrin nədir, ey büti-güləndam?

Həsrətlə bu ruzigar keçdi,Hasil olacaq nə vaxt bəs kam?

Gəl-gəl ki, bu hicri-cangüdazınQoymadı könüldə səbrü aram.

Səbr eyləyirəm bu dərdi-hicrə,Axır nə olar görüm sərəncam?

Maqta — the closing couplet bearing the poet’s pen name. Bilməm ki, neçin rəva görürsənBu Şaiqə zülmü, ey şəkərfam!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love