Bülbül idim, gülə həsrət,Qaldım dolana-dolana.Bu canımı eşq odunaSaldım, dolana-dolana.

Nəzər sal didəm yaşına,Yandım hicran ataşına,Sədəqə yarın başınaOldum, dolana-dolana,

Çəkdim firqət cəfasını,Haçan sürdüm səfasını?Can deyib, can qadasınıAldım, dolana-dolana.

Artıb dərdim günü-gündən,Əlli isə ötüb mindən.Qurban deyər həsrətindənÖldüm, dolana-dolana.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love