Xanım
Bir söz deyim qulluğuna:Ərzim al xanım, al, xanım.Əmim şəkər məmələrdən,Şirin bal xanım, bal, xanım.
Ay kimi rübənd tökülüb,Qaşlar qüdrətdən çəkilib.Dərdindən qəddim bükülüb,Olub dal xanım, dal, xanım.
Qaldı səndə arzumanım,Başına dönüm, dolanım.Qurban deyir: - çıxdı canım,Yəqin bil xanım, bil, xanım.
Kitabxana.az · https://kitabxana.az/en/works/agdabanli-qurban-xanim
Use ← → keys to move, R for a random poem