Ey rövzeyi-behişt cəmalın nişanəsi,Kövsər o ləli-şəhd-misalın nişanəsi.

Duzəx nümuneyi-ələmi-dərdi-firqətin,Cənnət nəimi-baği-visalın nişanəsi.

Bülbül nəvayə gəlməz idi şuri-eşq ilə,Gül olmasaydı arizi-alın nişanəsi.

Etməzdi hiç kəs Həcərül-əsvədi təvaf,Gər olmasaydı üzdəki xalın nişanəsi.

Maqta — the closing couplet bearing the poet’s pen name. Mehrabə Seyyid etməz idi, baş əgib, namaz,Tağında olmasaydı hilalın nişanəsi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Nature and spring