Hədis
Bir hədisi-səhihdir bu xəbər,Söyləyibdir cənab peyğəmbər –Ki, Süleyman nəbi əleyhisəlamHər güruhun dilin bilirdi təmam.Ey oğul, bil bu rəmzdən mətləbDeyil əlhəq lisan lisani-ərəb.Həqq özü hər lisanə danadır,,Hər lisan həq yanında zibadır.Var bizim dörd kitabımız, ari,Hər biri bir lisan ilə cari.Biri “Tövrat” idi giranmayə,Gəldi İbri dilində Musayə.Biri “İncil” idi, birisi “Zəbur”,Hər biri bir lisan ilə məşhur.Çün Mühəmməd ərəbdən etdi zühur,Öz lisanında qıldı həq məmur.Türkdən göndərəydi gər ani,Türki dildə olardı “Qurani”.Xassə kim, məzhəbi-imamiyyə,Xah Bağdadü, xah ŞamiyyəCümlə bu etiqadə guyadır –Ki, nəbi hər lisanə danadır.Xah rusi lisanü, xah firəng,Bilir ani imami-bafərhəng.Bir lisani ki, bəs bilirmiş imamSən də bilsən nə eybi, ey bədnam?
Kitabxana.az · https://kitabxana.az/en/works/seyid-ezim-hedis
Use ← → keys to move, R for a random poem
More by this author
Cəfər, ey neməti-xudayi-cahan,Olsa bir şəxs əgər sənə mehman,
Oğluma nəsihət (Cəfər, ey nuri-dideyi-Seyyid)Cəfər, ey nuri-dideyi-Seyyid,Qönçeyi-novrəsideyi-Seyyid!
Oğluma nəsihət (Cəfər, ey sərvi-sərfərazi-pədər)Cəfər, ey sərvi-sərfərazi-pədər,Məhrəmi-sirri-eşqi-razi-pədər.
Oğluma nəsihət (Cəfər, ey xəstə cismimin canı)Cəfər, ey xəstə cismimin cani,Səd ya nəhs olan günü tani.
Poems by other poets
Nazlı dilbər, nə yaraşır qəddinə,Tirmə məndən, kəmər məndən, bel səndən,
İbrət-nifrət muzeyiSən dünyaya göz açdığın bu diyarda,Ünvan gəzdim.
Bax fələk Şamdə bir zümreyi-kafər yerinəBax fələk Şamdə bir zümreyi-kafər yerinə,Künci-viranədə həm Ali-Peyəmbər yerinə.
Tiflis facıəsiEy ağalar, tarixlərdə görən var,Çox olubdur qalmaqalı Tiflisin,