Ürəyimiz, canımızsan,Şöhrətimiz, şanımızsan,Əziz, doğma anamızsan,Gözəl, azad Vətənimiz,Elləri şad Vətənimiz.

Başından çox duman keçmiş,Xalqın günü yaman keçmiş,Ağır, qanlı zaman keçmiş,İndi, azad Vətənimiz,Elləri şad Vətənimiz.

Qaranlığı çəkdin daraŞəfəq saçdın hər diyara,Pənah oldun məzlumlara,Gözəl, azad Vətənimiz,Elləri şad Vətənimiz.

Yenilməyən qüdrətin var,Böyük adın, şöhrətin var,Ağızlarda söhbətin var,Gözəl, azad Vətənimiz,Elləri şad Vətənimiz.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland