Azərbaycanım
Gecələr ulduz-ulduz,Ötüb keçir karvanım.Xəyalımdan getməyirDoğma Azərbaycanım.Ana yurdum, ana yurdum,haraya uçub getsəm, bil, sən mənimsən.Ana yurdum, ana yurdum,a gözəl Azərbaycanım.
Nil gördüm Araz dedim,Kürümdən olmaz dedim.Dərin dəryalar üzdümXəzərdən dayaz dedim.Ana yurdum, ana yurdum,haraya uçub getsəm, bil, sən mənimsənAna yurdum, ana yurdum,a gözəl Azərbaycanım.
Quş uçar budağından,Can gedər, otağındanÜrək dönməz, göz doymaz,Öz ana torpağından.Ana yurdum, ana yurdum,haraya uçub, getsəm, bil, sən mənimsən.Ana yurdum, ana yurdum,a gözəl Azərbaycanım.
Kitabxana.az · https://kitabxana.az/en/works/zeynal-cabbarzade-azerbaycanim
Use ← → keys to move, R for a random poem
More by this author
Poems by other poets · Homeland
Şair, vətənin bağrı yarılmış,Düşmənlərinin bağrını dağla!
Tarixi-Cədidi QarabağMİRZƏ RƏHİM FƏNAMirzə Rəhim Fəna (1841-1929) Azərbaycanın tanınmış şairi və ictimai xadimlərindən biridir. Xan qızı adı ilə məşhur olan Xurşidbanu Natəvanın yanında xidmət etmişdir. 1864-cü ildə Mirzə Rəhim Fənanın təşəbbüsü ilə Şuşada "Məclisi-üns" ədəbi məclisi yaradılmışdır. Sonralar da o, məclisin rəhbərlərindən biri olmuşdur. "Məclisi-üns" haqqında dəyərli xatirələri ikicildlik "Azərbaycan ədəbiyyatı" əsərində əlavə şəklində çap edilmişdir. Şeirlərindən nümunələr inqilabdan əvvəlki dövri mətbuatda: "Təzkireyinəvvab", "Riyazül aşiqeyn" əsərlərində çap olunmuşdur. Tarixə və ədəbiyyata geniş marağı olan Mirzə Rəhim Fənanın "Tarixi-cədidi Qarabağ" əsərindən yalnız bəzi fraqmentlər mühafizə edilmişdir ki, oxuculara təqdim olunur. Əsərin ərəb əlifbasından transliteriyasını Arif Ramazanov etmişdir.
AğlayıbBir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.
AzərbaycanQabağımda Qara dəniz,Ürəyimdə dəli Xəzər;