Şair, vətənin bağrı yarılmış,Düşmənlərinin bağrını dağla!Qurdlar çalağanlarla sarılmış,Vulkan kimi, tufan kimi çağla!

Oldun can Azərbaycana qurban,Qurd əzmini, türk əzmini bildir!Bildir ki alovlar kimi çarpanZindanda Rza oğlu Xəlildir!

Vicdanlı igid, şanlı igidsən,Duy eşqini yurddaşlar içində!Sən ölməyəcək canlı şəhidsən,Türk öfkəli türkdaşlar içində.

Andınla, inancınla, adınlaHər türküsü şimşək dolu Türksən,Yüksək sənə layiq soyadınla,Eşqin Atatürkdür, Ulutürksən!

Etsin yağılar, qoy, səni sürgün,Qurdlar dolu dağlar duman olsun!Türk millətinin şairi bir günTürk dastanına qəhrəman olsun!

İstanbul, 1990

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland