Boynuma keysulərin ol şux zəncir eyləmiş,Qətlimə əbrulərin cəllad şəmşir eyləmiş.

Əhd qılmışdı, məni öpsün ol mahim bu gün,Bilmirəm, aya, neçin əhdində təxir eyləmiş.

Seyd qıldı gözləri şahbaz tək könlüm quşun,Guyiya, səyyadi-bidil bəndi-nəxcir eyləmiş.

Qaşların tökməzdi qanım bunca, vazeh, bilmişəm,Gözlərin bu qətlimə müjganını tir eyləmiş.

Aşiqin könlünü yıxma, yıx həsari-KəbəniKim, Xəlilüllah onu aləmdə təmir eyləmiş.

Lütf edib qeyrə vüsalın, lakin ol məh aşiqinYüz qəmü dərd ilə hicrində o dilgir eyləmiş.

Vahida, umma, nigarın cövrü zülm etsə sənə,Çün səni qalu bəladan çərxi-dun pir eyləmiş.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love