Mən bilməmişdim, istədiyim qeyrə yar imiş
Mən bilməmişdim, istədiyim qeyrə yar imiş,Əvvəl vəfalı, axırı bietibar imiş!
Canan yolunda nalə ilə keçdi günlərim,Eşq əhlinin nəsibi bütün ahü zar imiş!
Zülfünmü könlümü, gözəlim, tarimar edən,Ya ki könül əzəldən elə tarimar imiş!
Ahu baxışlı gözlərinin mübtəlasiyəm,Könlüm kəməndi-zülf ilə çoxdan şikar imiş!
Oldum əsiri bir gözəlin, indi bilmişəm,Məcnun nə vəchdən vətənindən kənar imiş!
Fərhadə tənə eyləyəni səngisar edin,Bax Bisütuna, eşqə o da yadigar imiş!
Vahid, olur ki, sevgi fəlakət də törədir,Zənnimcə, eşqə mail olan bəxtiyar imiş!
Kitabxana.az · https://kitabxana.az/en/works/vahid-men-bilmemisdim-istediyim-qeyre-yar-imis
Use ← → keys to move, R for a random poem
More by this author
Olmuşam, ey tazə gül, hüsnü cəmalın aşiqi,Bülbülasa ol ləbi-qönçə misalın aşiqi.
Sanma, ey dil, hünəri növi-bəşərdən xaliSanma, ey dil, hünəri növi-bəşərdən xali,Ehtiyat et, deyil heç kimsə hünərdən xali.
Bəladəyəm, gözəlim, dərdi-eşqinə düşəliBəladəyəm, gözəlim, dərdi-eşqinə düşəli,Əlacı səndədir, ey nazəninlərin gözəli!
Olsa hər kim, sevgilim, hüsnü cəmalın qailiOlsa hər kim, sevgilim, hüsnü cəmalın qaili,Olmaz aləmdə, inan gülzari-cənnət maili.