Dil bilən, söz anlayan bir nazlı yar istər könül,Lalədən, güldən gözəl, bir novbahar istər könül.

Etibarın görməyincə sevmərəm bir dilbəri,Nazənin məhparələrdən etibar istər könül.

Hər qara zülfün əsiri olmaram bundan sora,İndi aləm özgədir, xoş ruzigar istər könül.

Oynayıb gülmək, danışmaq, eyşü nuş əyyamıdır,Bülbüli-şeyda kimi min laləzar istər könül.

Hər tərəf güldür, çiçəklikdir, bu azad ölkəmiz,Daim öz xoşbəxt xalqın bəxtiyar istər könül.

Biz vətən mülkün həqiqətdə sevən aşiqlərik,Xaini, ədnanı yurdumdan kənar istər könül.

Bəxtəvər, Vahid, o kəslərdir bu xoş aləmdədir!Hər zaman bu şən həyatı payidar istər könül.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Love